Haqqımızda

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti Sizin problemlərinizi hüquq müstəvisində həll etməyə qadir təcrübəli və müstəqil vəkillərin və hüquqşünasların komandasıdır. Biz, hüquqi və fiziki şəxslərin müdafiəsini və ən müxtəlif hüquqi problemlərin, ən mürəkkəb hüquqi məsələlərin müasir həllini təklif edirik. İstər yerli, istərsə də xarici müştərilərin problemlərini həll etməyə hazırıq. Biz, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin gələcəyinə böyük ümidlərlə baxırıq, çox ciddi və iddialı planlarımız vardır.

Bizim xidmətlərin keyfiyyəti hüququn bütün sahələri üzrə ekspert səviyyəsində biliklərə və təcrübəyə malik əməkdaşlarımızın olması, hüquq sisteminin fəaliyyətinin xüsusiyyətlərini bilməyimiz, hər bir müştəriyə fərdi və bir tərəfdaş kimi yanaşmağımız, yüksək professionallıq, məlumatların konfidensiallığının qorunması və etik standartlara əməl etməyimizlə bağlıdır. Müştərilərimizlə uzunmüddətli münasibətlərin qurulmasının tərəfdarıyıq.

Komandamızın üzvləri Azərbaycan Respublikasının, eləcə də xarici ölkələrin aparıcı hüquq şirkətlərində, dövlət müəssisələrində uzun illər çalışmış, hüququn ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış, müxtəlif beynəlxalq təlimlərdə iştirak etmiş və müsbət iş təcrübəsinə malik olan hüquqşünaslar və vəkillərdir.

Biz qanunvericilikdəki dəyişiklikləri diqqətlə izləyirik və günün tələblərinə uyğun olaraq, təklif etdiyimiz xidmətlərin spektrini daim genişləndiririk.

Müştərinin mənafeyi tələb edən hər zaman və hər yerdə yanınızdayıq.

 

Missiyamız

Bilik və məsuliyyətimizə güvənərək ədalətin bərqərar olmasına nail oluruq.

Xidmətlərimiz

Xəbərlər

Ölkəmizin gələcək inkişaf modeli üçün hüquqi baza yaratmış əbədiyaşar lider

Ölkəmizin gələcək inkişaf modeli üçün hüquqi baza yaratmış əbədiyaşar lider

Tərəfdaşlar

Caspian Energy
Iod